BMT: Ukrayna böhranının bitməsinə heç bir ümid yoxdur
İyun 14, 2017 09:58 Asia/Baku
BMT İnsan Haqları Ali Komissarlığı çərşənbə axşamı günü bir hesabatda Ukrayna böhranında indiyə qədər 10 min nəfərin həlak olduğunu və 24 min nəfərin yaralandığını bildirib: Bu ölkədə böhranın bitməsinə heç bir ümid yoxdur.
İRNA-nın məlumatına görə, BMT İnsan Haqları Ali Komissarlığı həmçinin bildirib: Toqquşan tərəflərin sərtliyi və atəşkəsə sadiq qalmaqda səhlənkarlığı ötən üç ayda 36 nəfərin ölümü və 157 nəfərin yaralanması ilə nəticələnib. Bu da ondan öncəki ötən üç ayla müqayisədə 48% artımın olduğunu göstərir.
Beynəlxalq qurum proqnoz edib ki, ötən illərdə olduğu kimi yay fəslinin yaxınlaşması ilə Ukrayna dövlət qüvvələri ilə müxalifət qüvvələri arasında döyüşlər artacaqdır.