Trampın fərmanı icra oluna bilər
-
Trampın fərmanı icra oluna bilər
Ağ ev ABŞ prezidentinin anti-miqrant fərmanının icra ehtimalından və bəzi ölkələrin vətəndaşlarının Amerikaya daxil olmalarına qoyulmuş 90 günlük qadağanın icrasına başlanacağını bildirib.
Röytersin verdiyi məlumata görə, Ağ ev dünən bildirib ki, Trampın anti-miqrant fərmanının icrası qarşısında duran maneələrin aradan qaldırılması ilə bu fərman icra ediləcək.
Həmin fərmanla əlaqədar şikayətçilər məhkəməyə verdikləri dəlillərdə bildirmişdilər ki, Trampın fərmanında bəzi ölkələrin vətəndaşlarının amerika torpaqlarına daxil olmalarına qoyulmuş 90 günlük qadağanın müddəti çərşənbə günü sona çatır.
Ağ ev dosiyanın Amerikanın Ali Məhkəməsi tərəfindən boykot edilməsinə imkan vermədi.
Öncə də iki məhkəmə Trampın fərmanının icrasının dayandırılmasına hökm vermişdi.