İyun 16, 2017 08:28 Asia/Baku
  • ABŞ senatı Rusiya və İrana qarşı yeni sanksiyaları qəbul edib
    ABŞ senatı Rusiya və İrana qarşı yeni sanksiyaları qəbul edib

Dünən ABŞ senatında keçirilən səsvermədə iştirak edən yüz nümayəndədən 98 nəfəri Rusiya və İrana qarşı yeni sanksiyaların lehinə səs verib.

IRIB-nin məlumatına görə, ABŞ senatı beləliklə elə bir mexanizm yaradıbdır ki, ona əsasən, Amerika prezidenti hazırkı sanksiyaların hər cür azaldılmasından öncə konqresin razılığını cəlb edə biləcəkdir.

Qeyd edək ki, respublikaçı senator Rend Pol və müstəqil senator Berni Senders bu təklifin əleyhinə səs vermiş senatorlar olublar.

Bu layihə raket proqramı, həmçinin onun digər fəaliyyətlərilə bağlı olan İrana qarşı yeni sanksiyalara şamil olur.

İrana qarşı yeni sanksiyaların nüvə anlaşması ilə əlaqəsi yoxdur.

Amerika senatı bu həftə ərzində 2016-cı il Amerika prezident seçkilərinə müdaxilə və Krım məntəqəsini öz ərazilərinə əlavə etməsi, eləcə də Suriyadakı daxili savaşda bu ölkənin qanuni dövlətinə dəstək verməsi bəhanəsilə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Rusiya və İrana qarşı yeni sanksiyalar barədə qərar qanuna çevrilmək üçün Amerika konqresinin nümayəndələr palatasından keçə bilməli və sonda Tramp tərəfindən imzalanmalıdır.

Teqlər