Ərdoğanın cangüdənlərindən 12 nəfərin həbs olunması haqda hökm çıxarılıb
-
Ərdoğanın cangüdənlərindən 12 nəfərin həbs olunması haqda hökm çıxarılıb
Amerika rəsmiləri dünən Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın cangüdənlərindən 12 nəfərin həbs olunması haqda hökmün çıxarılmasından xəbər veriblər. Bu şəxslər ötən ay Ərdoğanın Amerikaya səfərilə bir zamanda Vaşinqtonda kürdlərin aksiyasında iştirak edən şəxslərlə toqquşmuşdular.
Amerika paytaxtının polis rəisi Peter Nyuşam(Peter Newsham) bildirib ki, bu cangüdənlər və polis məmurları videolar vasitəsilə aşkar ediliblər.
Onlar bunda ittiham olunurlar ki, mayın 16-da gecə vaxtı Ərdoğanın Ağ Evdə Amerika prezidenti Donald Trampla görüşdən sonra üz tutduğu Türkiyə səfirinin iqamətgahı qarşısında baş vermiş toqquşmada zorakılığa əl atıblar.
Türkiyə bundan öncə Amerikanın bu hərəkətinə etiraz olaraq, bu ölkənin Ankaradakı səfirini Türkiyə xarici işlər nazirliyinə çağırmışdı.