İyun 17, 2017 09:23 Asia/Baku
  • 
Londonda əhali qəzəblidir
    Londonda əhali qəzəblidir

Çox mərtəbəli “Grenfell Tower” binasında baş verən yanğının qurbanlarının ailələri dövlətin tədbirlərinə görə qəzəblidirlər.

Frans24 telekanalının verdiyi məlumata görə, Londonun “Grenfell Tower” çox mərtəbəli binasında baş verən yanğın nəticəsində həlak olanların sayı artmaqdadır. İngilis rəsmilər qurbanların sayının ən azı 30 nəfər olduğunu bildirirlər. Onlarla adam da yoxa çıxıb. Binada baş verən qəza nəticəsində həlak olanların yaxınları çox qəzəblidirlər onlar dünən bələdiyyə qarşısında etiraz aksiyası keçiriblər, Aksiya dinc başlasa da bəzi nümayişçilər bələdiyyə binasına girməyə cəhd göstərərkən plislə qarşıdurma baş verib. Aksiyaçılara görə müvafiq rəsmilər 24 mərtəbəli binanın təhlükəsizlik tədbirlərinə laqeyd yanaşıblar. 

Aksiyaçılardan biri deyib: Bu ərazi Londonun varlı rayonlarından biridir amma  bələdiyyə şurasında kimsə məsuliyyət qəbul etmir. 

Başqa bir aksiyaçı deyib: Onlar cinayətkardır, buraya çoxlu yardımlar edilir amma onlar pulları özlərinə götürürlər. 

Britaniyanın baş naziri Tereza Mey vəziyyəti sakitləşdirmək üçün hadisə qurbanlarının ailələrinə 5 milyon pond məbləğində yardım ediləcəyini bildirib və onların hamısının 3 həftəyədək mənzillə təmin olunacaqlarını xatirladıb. 

Tereza Mey deyib: İnsanlar üçün bu çox dəhşətli təcrübə idi. Bu sahədə təhqiqatların aparılması üçün göstəriş vermişəm. 

Mövcud problemlərdən biri, zərər çəkənlərin elə həmən məhəllədə məskunlaşmaq istəmələridir. Halbuki onlar üçün hazırlanmış mənzillərin çoxu bu ərazidən uzaqda yerləşir və bu da sakinlərin şəraitini çətinləşdirir. 

Teqlər