ABŞ öz mənfəətini güdür
Almaniyanın xarici işlər naziri deyib: ABŞ senatı Rusiyaya qarşı sanksiyaları Amerikanın iqtisadi mənafeyi əsasında tənzimləyib.
Ziqmar Qabriyel Velt qəzetinə verdiyi açıqlamada deyib: ABŞ senatı Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməklə Moskvanı Avropanın qaz bazarından məhrum etmək və Amerika qazının Avropaya satışına zəmin yaratmaq məqsədi güdür.
Almaniya XİN rəhbəri deyib: Avropalıların qaza olan ehtiyaclarını necə təmin etmələrinin ABŞ prezidentinə aidiyyatı yoxdur. Almaniyanın Energeyt Messencer Plas internet portalı da ABŞ senatının Rusiyaya qarşı sanksiya layihəsini qəbul etməsi barədə yazıb: Amerikanın Rusiyaya qarşı yeni cəza tədbirləri sadəcə Atlantik okeanının iki tərəfi arasında çaxnaşmalı vəziyyətin güclənməsinə xidmət edir.
ABŞ senatı çərşənbə günü Rusiyanın 2016-ci ildə ABŞ prezident seçkilərinə müdaxiləsi ittihamı ilə bu ölkəyə qarşı yeni sanksiyalar qəbul etdi , həmin sanksiyalar enerji sektorunda bəzi layihələri o cümlədən Nord Strim-2 layihəsini də əhatə edir.
ABŞ senatının Rusiyaya qaşrı yeni sanksiyalar qanunu icra edilmək üçün ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır.