Merkel: Divar çəkmək yerinə, divarları dağıdın
Almaniya kansleri deyib: Bu gün dünyada divar çəkmək yerinə, divarları dağıtmaq lazımdır.
Almaniya kansleri Angela Merkel bu gün dünya katoliklərinin rəhbəri, Roma papası Fransis ilə görüşünün ardınca deyib: Mən bu gün dünyanın sənayeləşmiş 7 ölkəsinin, G-7 qrupuna üzv ölkələrin sammit iclasına Hamburqda ev sahibliyi edən tərəf kimi Papa ilə xüsusi bir görüşə malik olmaq iftixarına nail oldum. Biz G-7 sammitinin gündəmində duracaq məsələlər barədə söhbət etdik. Bu əməkdaşlıqlar bir neçə tərəfli beynəlxalq əməkdaşlıqlar üzərində qurulub. Elə bir dünyada ki, artıq divar çəkmələrin şahidi olmayaq. Bu gün dünya divarları sökməyə və bu yolla bütün insanların rifaha və insani kəramətə nail olmasına ehtiyaclıdır. Biz dünya iqtisadiyyavı və təbii ki, terrorizm ilə mübarizə barəsində danışacağıq. Biz beynəlxalq anlaşmaların necə icra edilməsi barədə də danışacağıq. Bunlardan biri iqlim dəyişiklikləri ilə bağlı Paris anlaşmasıdır. Təəssüflər olsun ki, ABŞ bu anlaşmadan çıxdı.