Fransa parlament seçkilərinin ikinci etapı başlanıb
https://azeri.sahartv.ir/news/dünya-i273378-fransa_parlament_seçkilərinin_ikinci_etapı_başlanıb
Fransa parlament seçkilərinin ikinci etapı bu ölkə boyu seçki məntəqələrinin açılması ilə başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2017 08:16 Asia/Baku
  • Fransa parlament seçkilərinin ikinci etapı başlanıb
    Fransa parlament seçkilərinin ikinci etapı başlanıb

Fransa parlament seçkilərinin ikinci etapı bu ölkə boyu seçki məntəqələrinin açılması ilə başlanıb.

Frans-Press-in məlumatına görə, Fransa parlament seçkilərinin ikinci etapı bu gün səhər başlanıb və səsvermə şəraitinə malik olan 47 milyon fransız bu 
ölkə boyu seçki məntəqələrinə gedərək, səs verəcəkdir.

Bu seçkilərdə Fransa 15-ci Milli Assambleyasına 577 yerin taleyi müəyyən ediləcək.

Fransa prezidenti Emmanuel Makronun rəhbərliyi altında olan partiya və “İrəli, respublika” hərəkatı partiyasından ibarət koalisiya ötən bazar günü keçirilmiş seçkilərin ilk mərhələsində nəzərəçarpacaq qələbə əldə etmişdi.

Fransanın Daxili İşlər Nazirliyi həmin seçkilərdə iştirak miqdarını təqribən 49 faiz elan edibdir ki, aşağı səviyyədə olmaq baxımından bu, misli görünməmiş bir nəticə olubdur.