NATO Polşa-Litva sərhədlərində böyük manevr keçirir
-
NATO Polşa-Litva sərhədlərində böyük manevr keçirir
Amerika və İngiltərə hərbçiləri Polşa-Litva sərhədlərində NATO-nun ilk böyük və mükəmməl manevrinə başlayıblar.
Röyters-in məlumatına görə, ABŞ vertolyotları və İngiltərə təyyarələri ötən iki gündə bu manevrdə iştirak ediblər. Polşa, Litva və Xorvatiyadan olan hərbçilər də amerikan və ingilis əsgərlərə qoşulublar.
Bu manevr "Şkaf Svalki" adlı məntəqədə keçirilməkdədir. NATO-nun bildirdiyinə görə, əgər Rusiya həmin məntəqəni ələ keçirərsə, Estoniya, Latviya və Litvanın əlaqələri əslində kəsilmiş olacaqdır.
NATO rəsmiləri həmçinin iddia edirlər ki, Rusiya ehtimal üzrə yüz min əsgərin iştirakı ilə sentyabrda Belarusda geniş manevrlər keçirəcək.
Moskva dəfələrlə NATO-nun Avropanın şərqində və Baltik ölkələrindəki hərəkətlərilə müxalifət edib və Baltik ölkələrinin işğalı üzrə hər cür layihə və proqramı rədd edibdir.
Moskva bu qənaətdədir ki, NATO öz hərəkətlərilə Avropanın şərqində təhlükəsizliyi hədələyir.
Hazırda NATO-nun 4500-dən çox hərbçisi Polşa, Estoniya, Latviya və Litvada yerləşibdir.