Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb
İyun 19, 2017 20:32 Asia/Baku
Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri özlərinin Lüksemburqda keçirilən iclaslarında Rusiyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıblar.
Sputnik xəbər agentliyinin məlumatına görə, Avropa Birliyi bu gün bir bəyanat yayaraq, bildiribdir ki, bu birlik 2017-ci il iyunun 19-da Krım və Sevastopolun Rusiyaya əlavə olunmasına reaksiyada qeyd olunan sanksiyaları 2018-ci il iyunun 23-dək uzadır.
Rusiya rəsmiləri dəfələrlə bildiriblər ki, Krım əhalisi bu qərarı BMT nizamnaməsi və beynəlxalq qanunlara uyğun surətdə və demokratik səsvermədə çıxarıbdır.
Krım sakinlərinin 90 faizindən çoxu bir referendumda Rusiyaya qatılmağın lehinə səs verdi. Kiyev, Brüssel və Vaşinqton bu qatılmanı rəsmi şəkildə tanımırlar.