Lavrov: ABŞ-ın Rusiyafobiyası xəstəlikdir
https://azeri.sahartv.ir/news/dünya-i273680-lavrov_abŞ_ın_rusiyafobiyası_xəstəlikdir
Rusiya xarici işlər naziri Vaşinqtonun Moskva əleyhinə yeni sanksiyalarını tənqid edib: ABŞ-ın Rusiyafobiya xəstəliyi üçün təəssüflənməkdən başqa heç nə demək olmaz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2017 05:31 Asia/Baku
  • Sergey Lavrov
    Sergey Lavrov

Rusiya xarici işlər naziri Vaşinqtonun Moskva əleyhinə yeni sanksiyalarını tənqid edib: ABŞ-ın Rusiyafobiya xəstəliyi üçün təəssüflənməkdən başqa heç nə demək olmaz.

ABŞ-ın Xəzinədarlıq Nazirliyi çərşənbə axşamı günü Ukrayna prezidenti Pyotr Poroşenkonun Vaşinqtonda səfərdə olduğu vaxtda, Rusiyanın Ukraynadakı fəaliyyətləri ilə əlaqədar 38 fiziki şəxs və təşkilatın adını qara siyahıya əlavə edərək Moskva əleyhinə sanksiyaları artırıb. 

Sergey Lavrov çərşənbə axşamı günü Fransa xarici işlər naziri Jan Yves Le Drianla Moskvada keçirdiyi birgə mətbuat konfransında deyib: ABŞ-ın Rusiyafobiya xəstəliyi təəssüfləndiricidir. 

Rusiya xarici işlər naziri əlavə edib: ABŞ-ın belə düşmənçilik hərəkətləri iki ölkə əlaqələrini yaxşılaşdırmır. 

ABŞ və Avropa Birliyi 2014-cü ildən Rusiyanın Ukraynanın şərqindəki qarşıdurmalarda müdaxiləsi və bu ölkə müxalifətinə kömək etmək ittihamı ilə Rusiya əleyhinə maliyyə və iqtisadi sanksiyalar tətbiq ediblər. Moskva da buna qarşılıqlı reaksiya verib. 

2014-cü ildə referendum nəticələri əsasında Krım yarımadasının Ukraynadan ayrılması və Rusiyaya ilhaq edilməsi Rusiya ilə qərb arasında gərginliyi ikiqat artırıb.