ABŞ və Rusiya qırıcıları Baltik dənizi üzərində qarşı-qarşıya gəldilər
https://azeri.sahartv.ir/news/dünya-i273774-abŞ_və_rusiya_qırıcıları_baltik_dənizi_üzərində_qarşı_qarşıya_gəldilər
Rusiya qırıcısı NATO-nun qırıcı təyyarəsini təqib edərək, onu Rusiya müdafiə nazirinin təyyarəsindən uzaqlaşdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2017 17:32 Asia/Baku
  • ABŞ və Rusiya qırıcıları Baltik dənizi üzərində qarşı-qarşıya gəldilər
    ABŞ və Rusiya qırıcıları Baltik dənizi üzərində qarşı-qarşıya gəldilər

Rusiya qırıcısı NATO-nun qırıcı təyyarəsini təqib edərək, onu Rusiya müdafiə nazirinin təyyarəsindən uzaqlaşdırıb.

TASS informasiya agentliyinin verdiyi məlumata görə, NATO-nın qırıcı təyyarəsi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd göstərib.

Bu məlumata görə, Sergey Şoyqunun təyyarəsini müşayiət edən Rusiyanın Su-27 qırıcı təyyarəsi dərhal NATO-nun F-16 qırıcı təyyarəsini təqib edərək, onu uzaqlaşmağa məcbur edib. 

Moskva və Vaşinqton arasında gərginlik Amerikanın Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etməsi ilə daha da gərginləşib.