İyun 22, 2017 10:23 Asia/Baku
  • Emanuel Makron
    Emanuel Makron

Fransa prezidenti çərşənbə günü Suriya prezidenti Bəşşar Əsədin hakimiyyətdən kənarlaşdırılmasının artıq Fransa üçün bir prioritet olmadığını deyərək, hazırda ən əsas prioritetin Suriyada terrorizm ilə mübarizə olduğunu bildirib.

İTAR TASS-ın verdiyi məlumata görə, Emanuel Makron deyib: Əsədin kənarlaşdırılması artıq ön şərt sayılmır. Çünki, heç kim onun üçün qanuni və legitim əvəzedici ola bilməz. 

Fransa prezidenti əlavə edib: Heç bir şey terrorçular ilə mübarizədən daha təsirli deyil və bu yolda bütün tərəflər xüsusi ilə də Rusiyanın əməkdaşlıq etməsi lazımdır. 

Makron daha sonra özünün digər prioritetini açıqlayıb və Suriyanın dağılmasının önlənilməsinə təkid edərək, deyib: Suriya böhranı üçün siyasi və diplomatik yol xəritəsi olmalıdır. 

ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Hili də son zamanlar deyib: ABŞ-ın Suriya ilə bağlı prioriteti artıq Əsədin kənarlaşdırılması deyil. 

Suriyada gedən 6 illik savaşın sonunda Əsədi hakimiyyətdən kənarlaşdıra bilməyən qüvvələr indi öz siyasətlərini dəyişərək, artıq Əsədin hakimiyyətdən kənarlaşdırılmasının prioritet olmadığını deyirlər. 

Suriya 2011-ci ildən ABŞ, Ərəbistan və müttəfiqlərinin himayə etdikləri terrorçu qruplaşmaların geniş hücumuna məruz qalıb. Hədəf Suriya prezidenti Bəşşar Əsədi hakimiyyətdən kənarlaşdırmaq idi. 

Teqlər