Brüsseldə qatar stansiyasında baş vermiş partlayışla əlaqədar 4 nəfər həbs edilib
Belçikanın paytaxtı Brüsseldə bir qatar stansiyasında baş vermiş partlayış ilə əlaqədar şübhəli bilinən 4 nəfər polis tərəfindən saxlanılıb.
Frans-24 telekanalının verdiyi məlumata görə, çərşənbə günü Brüsseldə qatar stansiyasında baş vermiş partlayışla bağlı aparılan araşdırmaların davamında Belçikanın ədliyyə orqanları bildiriblər ki, bu hücum aktı 36 yaşlı bir mərakeşli tərəfindən törədilib. Hadisəni törədən şəxs üzərində olan partlayıcı qurğunu işə salmazdan öncə polis tərəfindən vurularaq öldürülüb. Bu şəxs İŞİD terror qruplaşmasının tərəfdarlarından olub.
Brüssel polisinin sözçüsü bildirib: Bu hadisə şəhərin mərkəzi stansiyasında baş verib və bombalı hücumçu polisin ondan şübhələndiyini hiss etdiyi anda bir partlayıcı qurğunu işə salıb. Amma, başqa bir hərəkətə əl atmazdan öncə polis tərəfindən vurularaq, zərərsizləşdirilib.
Bu hesabatda həmçinin deyilir: Araşdırmaların davamında bu hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb. Saxlanılan şəxslər öldürülən terrorçu ilə sıx əlaqəyə malik olan şəxslərdirlər.
Belçika ötən aylar ərzində dəfələrlə terror hücumlarına məruz qalıb.
Qərb dövlətləri Yaxın Şərqdə xüsusi ilə də Suriyadakı terrorçuların maliyyələşdirilməsi, silahlandırılması və siyasi baxımdan himayə edilməsi üzrə geniş səylərə malik olsalar da, hal hazırda bu terrorçuların Avropa ölkələrinə geri qayıtmaları ilə terror hücumlarına məruz qalırlar.