Almaniya kəşfiyyatının Ağ Evdən casusluğu
Bir alman nəşri yazıbdır ki, Almaniya kəşfiyyatı konkret bir zaman müddətində Ağ Evdən casusluq edibdir.
Şpigel jurnalının yazdığına görə, son zamanlar yayılmış sənədlər ondan xəbər verir ki, Almaniya kəşfiyyatı illər boyu Ağ Evdən casusluq edib, belə ki, 1998-ci ildən 2006-cı ilədək olan müddətdə seçilmiş təqribən dörd min kəlmədən ibarət siyahı formasında Ağ Evin email-lərindən casusluq edibdir.
Amerikanın dövlət departamenti, maliyyə nazirliyi və bir sıra müdafiə orqanı, o sıradan hava və dəniz qüvvələri və NASA təşkilatı bu casusluğun digər hədəf hallarından olubdur.
Şpigel yazır: Yüzlərlə xarici səfirlik və beynəlxalq təşkilat, o sıradan Beynəlxalq Valyuta Fondu da almanların casusluqlarından amanda olmayıblar.
Almaniyanın kansleri Angela Merkel Amerikadan casusluq barədə mövqe tutaraq, deyib: Dostlar arasında casusluq mənasız bir məsələdir.