Rusiya ABŞ-dan izahat istəyib
-
Rusiya ABŞ-dan izahat istəyib
Rusiya Əfqanıstan və ABŞ rəsmilərindən, Əfqanıstandakı terrorçu İŞİD qrupuna yardım üçün naməlum vertalyotların uçuşlarını izah etmələrini istəyib.
Avayi Əfqanıstan xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya XİN sözçüsü Mariya Zaxarova müxbirlərə deyib: Rusiyada yeni məlumatlar var. Həmin məlumatlara görə, naməlum vertalyotlar Terrorçu İŞİD qrupunun Əfqanıstan qolunun yaraqlılarını daşıyır və Əfqanıstanın şərqində onlara silah-sursat çatdırır.
Zaxarova Nəngərhar vilayətinin Turabura bölgəsinin İŞİD tərəfindən nəzarətə alınmasına toxunaraq deyib: Məlumatlara görə, Turaburanın işğal edilməsindən öncə İŞİD-in gücləndirilməsi üçün 50 terrorçu naməlum vertalyotlar vasitəsi ilə Nəngərhara gətirilib və silah-sursatla dolu bir ədəd kanteyner də İŞİD-in ixtiyarına verilib.
Nəngərhar vilayətinin yerli rəsmiləri də ötən həftə bildirmişdilər ki, strateji əhəmiyyət daşıyan Turabura bölgəsi İŞİD terrorçularının əlinə keçib, amma sonra bildirdilər ki, dövlət qüvvələrinin əməliyyatları nəticəsində bu bölgə yenidən İŞİD-in nəzarətindən çıxarıldı.
Əfqanıstan dövləti və NATO rəsmiləri indiyədək Rusiyanın XİN sözçüsünün açıqlamasına münasibət bildirməyiblər.
Amerikanın İŞİD-in Əfqanıstanda yeni baza yaratmasını dəstəkdə məqsədi regionda təxribatçı əməliyyatlar üçün bu qrupun potensiallarından istifadə etməkdir.