Ukrayna paytaxtında partlayış
İyun 27, 2017 13:44 Asia/Baku
Ukraynanın paytaxtı Kiyevdə bir avtomobil partlayıbdır ki, nəticədə bir nəfər şiddətli tərzdə yaralanıbdır.
Sputnik xəbər agentliyinin məlumatına görə, Kiyev polis təşkilatının sözçüsü Oksana Belişşik bildirib ki, bir minik avtomibili Kiyev küçələrindən keçərkən partlayıbdır.
O, əlavə edib: Bu partlayışdan sonra avtomobil yanıb və onun ağır şəkildə bədən xəsarəti almış sərnişini xəstəxanaya köçürülüb.
Bu məlumata görə, təhlükəsizlik və yardım məmurları hadisə yerinə gəliblər. Polis hadisə məkanını bağlayıbdır.
Hələlik partlayışın səbəbi elan olunmayıbdır.