Amerikalı siyasətçi Trampın siyasətləri haqda xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i274582-amerikalı_siyasətçi_trampın_siyasətləri_haqda_xəbərdarlıq_etdi
ABŞ Nümayəndələr Palatasının üzvü bu ölkə prezidentinin siyasətlərinin mənfi nəticələri haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2017 04:13 Asia/Baku
  • Gregory Weldon Meeks
    Gregory Weldon Meeks

ABŞ Nümayəndələr Palatasının üzvü bu ölkə prezidentinin siyasətlərinin mənfi nəticələri haqda xəbərdarlıq edib.

İRİB-in məlumatına görə, ABŞ Nümayəndələr Palatasında Nyu-Yorkun nümayəndəsi Qreqori Ueldon Meks çərşənbə günü deyib: Prezident Donald Tramp ABŞ-ın dünyadakı mövqeyini aşağı endirib və amerikalılara xəyanət edib. 

Nümayəndələr Palatasının üzvü əlavə edib: Ağ Evin müttəfiqləri onlara xəyanət olunduğunu hiss edirlər.

Ueldon Meks deyib: Bir çox amerikalı bu qənaətdədir ki, Tramp hökumətinin izlədiyi təcrid xarakterli siyasətlə onlara xəyanət olunmuşdur. 

ABŞ Nümayəndələr Palatasının üzvü həmçinin bildirib: Donald Tramp Səudiyyə Ərəbistanına getdiyi zaman bu ölkədə insan haqları haqda sükut etdi. 

ABŞ-da yeni rəy sorğularının nəticələrinə görə, əksər amerikalılar prezidentin siyasətləri və addımlarına etimad etmirlər.