Merkel Trampa xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i274670-merkel_trampa_xəbərdarlıq_etdi
Almaniya kansleri Hamburqda 20-lər qrupuna üzv ölkələrin dövlət başçılarının sammiti ərəfəsində ABŞ prezidentinə iqlim dəyişiklikləri qarşılığındakı mövqeyi haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2017 16:29 Asia/Baku
  • Merkel Trampa xəbərdarlıq etdi
    Merkel Trampa xəbərdarlıq etdi

Almaniya kansleri Hamburqda 20-lər qrupuna üzv ölkələrin dövlət başçılarının sammiti ərəfəsində ABŞ prezidentinə iqlim dəyişiklikləri qarşılığındakı mövqeyi haqda xəbərdarlıq edib.

Döyçe Volenin məlumatına görə, Almaniya kansleri Angella Merkel cümə axşamı günü bu ölkə Bundestaqında bildirib: Vaşinqtonun iqlim hada mövqeyinin bugünkü vahid dünya ilə heç bir əlaqəsi yoxdur. 

O iqlim dəyişikliklərini 20-lər qrupunun əsas mövzularından adlandırıb: ABŞ-ın Paris İqlim Sazişindən çıxmasına dair qərarı elan olunduğu zamandan bu saziş istiqamətində daha qətiyyətli şəkildə hərəkət etməliyik. 

Angella Merkel Donald Trampın adını çəkmədən deyib: Heç bir şəxs Hamburqda asan danışıqları gözləməməlidir.