İyul 01, 2017 11:11 Asia/Baku
  • Nyu-York atışmasında tələfat artıb
    Nyu-York atışmasında tələfat artıb

Amerikanın Nyu-York şəhərinin iki rəsmisi bu şəhərdə baş vermiş atışmadakı tələfatın sayının artmasından xəbər veriblər.

Dünən gecə “Branks Lebanon” xəstəxanasında silahlı bir şəxsin atəş açması nəticəsində iki nəfər ölüb, altı nəfər də yaralanıbdır. Məlumatlara görə, atəş açan şəxs atəş açdıqdan sonra intihar edibdir.

Atəş açan kəs 35 yaşlı Afrika mənşəli bir şəxs olub. O, M-16 silahı ilə xəstəxanadakı insanları hədəfə alıbdır.

Amerikanın Nyu-York şəhərinin iki rəsmisi dünən axşamçağı Branks məntəqəsində yerləşən xəstəxanada atışma xəbərini təsdiq edərək, bildiriblər ki, bu hadisədə bir həkim ölüb, altı nəfər də ağır şəkildə yaralanıbdır. Yaralılardan beş nəfərin vəziyyəti ağır elan olunubdur.

Nyu-York şəhərinin meri Bil Di Belazio və polis rəisi Ceyms Onil deyiblər ki, atəş açan şəxs Branks məntəqəsində yerləşən xəstəxananın keçmiş həkimlərndən olubdur.

Amerika prezidenti Donald Tramp amerikalı silah sahiblərinin əsas himayədarlarından biridir. Amerikanın qalmaqallı prezidenti son zamanlar ölkəsində silaha malik olan şəxslərə xitabən belə deyib: Amerikalı silah sahiblərinin hüquqlarına qarşı səkkiz il təcavüz başa çatdı və indi onlar Ağ Evdə real bir himayədara malikdirlər.

Teqlər