Arkanzasda çıxan silahlı insident 25 nəfərin yaralanmasına səbəb olub
ABŞ-ın Arkanzas Ştatında bir gecə klubunda çıxan silahlı insident nəticəsində 25 nəfər yaralanıb.
PressTV-nin verdiyi məlumata görə, şənbə günü "Little Rock" şəhərində bir gecə klubunda çıxan silahlı insident zamanı xəsarət alanlardan ikisinin vəziyyəti ağır elan edilib.
Little Rock şəhərinin meri Mark Stodola bu hadisənin bir terror aktı olmadığını bildirib.
Little Rock şəhər polisinin rəisi Kenton Baknerin dediyinə görə, bu hadisə gecə klubunda olan insanlar arasında çıxan qarşıdurma nəticəsində baş verib.
ABŞ rəsmiləri bundan öncə Little Rock şəhərində gecə klubunda çıxan insidentdə 17 nəfərin yaralandığını bildirmişdilər.
Cümə günü axşam saatlarında da Nyu-Yorkun "Bronx Lebanon" xəstəxanasında baş vermiş silahlı insident zamanı bir nəfər həyatını itirmiş, 6 nəfər isə xəsarət almışdı.
Hər il Amerikada odlu silahdan istifadə edərək, törədilən silahlı insidentlər zamanı minlərlə insan həyatını itirir və ya xəsarətlər alır. Rəsmi məlumatlara əsasən Amerikada əhalinin əlində olan odlu silahların sayı 300 milyon civarında proqnoz edilir.
Amerikada vətəndaş haqlarını müdafiə edən qrupların istək və tələblərinə baxmayaraq, indiyə kimi ABŞ dövləti silah satışı və silah gəzdirmək üzrə olan qanuna düzəliş edə bilməyib.