Kanada aborigenləri etiraz edir
https://azeri.sahartv.ir/news/dünya-i274908-kanada_aborigenləri_etiraz_edir
Kanada aborigenləri müstəqillik günü ilə bir vaxtda ölkənin müxtəlif şəhərlərində aksiyalar keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2017 07:14 Asia/Baku
  • Kanada aborigenləri etiraz edir
    Kanada aborigenləri etiraz edir

Kanada aborigenləri müstəqillik günü ilə bir vaxtda ölkənin müxtəlif şəhərlərində aksiyalar keçiriblər.

CBC telekanalının verdiyi məlumata görə, Kanadanın müstəqilliyinin 150-ci ildönümü mərasimləri ilə bir vaxtda şənbə günü ölkənin müxtəlif şəhərlərində aborigenlər və ictimai fəallar aksiyalar təşkil edərək, bu ölkənin həqiqi sahiblərinin repressiya edilməsinə və ağ dərililərin müstəmləkəçilik dövründən qalan haqsızlıqlara etiraz ediblər. 

Aksiya iştirakçıları həmçinin, Kanada aborigenlərinin iqtisadi və ictimai vəziyyəti habelə, məişət problemlərinin diqqətə alınmasını istəyiblər. 

Bu etiraz aksiyalarında Kanada aborigenlərinin repressiya edilməsində Britaniyanın müstəmləkəçi rolu tənqid edilib.