Astana-5 müzakirələri başlandı
-
Astana-5 müzakirələri başlandı
Suriya böhranı üçün siyasi həll yolunun tapılması istiqamətində İran, Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya dövləti və silahlı müxalifləri müzakirə etmək üçün bir daha Astanada bir araya gəliblər.
İRNA-nın verdiyi məlumata görə, Suriya-Suriya formatında aparılan müzakirələrdə iştirak edən nümayəndə heyətləri Suriyada son durum ilə bağlı danışıqlar aparırlar. Sabah isə bütün tərəflərin iştirakı ilə iclas keçiriləcək.
Suriyada atəşkəsin möhkəmləndirilməsi, yaradılacaq 4 təhlükəsizlik zonasının hüdudlarının müəyyən edilməsi və Suriyada gərginliyin azaldılması məsələləri Astana-5 iclasının əsas mövzusunu təşkil edir. Təhlükəsizlik zonalarının yaradılması ilə bağlı sənədlərin də bu iclasda imzalanacağı ehtimal olunur.
Suriyada icra edilməkdə olan hazırkı atəşkəs rejimi 31 Dekabr 2016-cı ildə İran, Rusiya və Türkiyənin vasitəçiliyi və təşəbbüskarlığı ilə formalaşıb.