Merkel ABŞ dövlətini tənqid atəşinə tutdu
Almaniya kansleri ABŞ prezidenti ilə görüşü ərəfəsində bir daha bu ölkənin iqtisadi siyasətlərini tənqid edib.
CNN-in məlumatına görə, Almaniya kansleri Angella Merkel Di Tsayt həftəliyi ilə müsahibədə ABŞ hökumətinin iqtisadi siyasətlərini yenidən tənqid edib: Sadəcə az sayda qrup iqtisadi inkişaflardan faydalanmamalıdır.
Almaniya kansleri əlavə edib: Bütün ölkələr üçün mənfəətli ticarət əməkdaşlıqlarının ehtimalı araşdırıldığı halda, ABŞ hökuməti qloballaşmağı yalnız bu ölkənin iqtisadi mənfəəti üçün hesab edir.
Merkel bildirib: Bütün ölklər dünya iqtisadiyyatının inkişafında iştirak etməli və iqtisadi inkişaflardan faydalanmalıdırlar.
Merkel ötən ay da Avropanın artıq ABŞ-a etimad edə bilmədiyini bildirmişdi.
ABŞ prezidenti Donald Tramp ötən aylarda dəfələrlə NATO-nun fəaliyyətləri üçün əlavə xərclər ödəmədiyinə görə Almaniyanı tənqid edib.