Putin: Dünya iqtisadiyyatı dəyişikliyə ehtiyaclıdır
Rusiya prezidenti dünya iqtisadiyyatının dəyişikliyə ehtiyaclı olduğunu dedi.
Vladimir Putin dünyanın inkişaf etmiş ölkələrini özündə birləşdirən G20 qrupunun Almaniyada keçiriləcək iclası ərəfəsində Almaniyada çıxan Handelzilat qəzetində yer alan məqaləsində yazıb: Birtərəfli sanksiyalar üçün siyasi bəhanələrin uydurulması, ticarətə tətbiq edilən məhdudiyyətlər, investisiya yolunda maneələrin yaradılması və modern texnologiyaların digər ölkələrin ixtiyarına verilməməsi dünya iqtisadiyyatının əsas problemidir.
Putin əlavə edib: Digər ölkələrə qarşı sanksiyaların tətbiq edilməsinin artıq heç bir faydası yoxdur. Əksinə, G20 qrupunun bütün ölkələrin xeyrinə anlaşma və əməkdaşlıq prinsipi ilə də təzad təşkil edir.
Rusiya prezidenti daha sonra kiber təhlükəsizlik və terrorizmi dünyanın ən ciddi problemləri adlandırıb və G20 qrupunu bu problemləri araşdırmaq üçün münasib format hesab edib.
G20 qrupunun iclası 7-8 iyul tarixində Almaniyanın Hamburq şəhərində keçiriləcək.