Tramp ABŞ-ı gülünc duruma salıb
https://azeri.sahartv.ir/news/dünya-i275390-tramp_abŞ_ı_gülünc_duruma_salıb
Amerikada çıxan Vaşinqton Post qəzeti yazır: ABŞ prezidenti Donald Trampın ən acı tərəfi onun ABŞ-ın siyasətlərini dünya qarşısında gülünc duruma salmaqda uğurlu olmasıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2017 16:13 Asia/Baku
  • Tramp ABŞ-ı gülünc duruma salıb
    Tramp ABŞ-ı gülünc duruma salıb

Amerikada çıxan Vaşinqton Post qəzeti yazır: ABŞ prezidenti Donald Trampın ən acı tərəfi onun ABŞ-ın siyasətlərini dünya qarşısında gülünc duruma salmaqda uğurlu olmasıdır.

Amerikalı yazar və analitik Yucin Cozef Dion Vaşinqton Post qəzetində yazır: Amerikada siyasətçilər o cümlədən yazarlar Trampın xüsusi ilə sosial şəbəkələrdəki xoşagəlməz açıqlamalarından xeyli zərər çəkirlər. 

Dion əlavə edib: Trampın tərəfdarları ABŞ ictimaiyyətində azlıqda olan bir qrup olmasına baxmayaraq, düşüncə sahiblərinin qənaətinə görə, bu insanlara indiyə kimi Amerikada heç bir zaman müşahidə edilməmiş bir formada həmin insanlara geniş imkanlar və üstünlüklər nəzərdə tutulub. 

Vaşinqton Post qəzetinin yazarı və analitiki daha sonra yazır: Öz səviyyəsini Trampın düşüncələri qədər alçaltmaq ABŞ xalqının şəninə yaraşan hərəkət deyil. Hətta, Trampın hərəkətini uşaqcasına hərəkət adlandırmaq belə doğru deyil. Çünki, onun hərəkətləri hətta, uşaqların şəninə belə  yaraşan hərəkət deyil. 

Dion Tramp və onun çevrəsindəki insanların "Obamacare"nin yeni bir sağlamlıq sistemi ilə əvəz ediləcəyi barədəki iddiaları haqda da yazıb: Tramp Amerikada sığorta sisteminin malik olduğu mürəkkəb durumdan xəbərsizdir və sadəcə olaraq, bu məsələdə uduzan tərəf olmaq istəmir.