İyul 07, 2017 12:00 Asia/Baku
  • Almaniya polisi G20 sammiti etirazçılarına güc tətbiq etdi
    Almaniya polisi G20 sammiti etirazçılarına güc tətbiq etdi

Almaniya polisi Hamburq şəhərində G20 sammitinə etiraz edən aksiya iştirakçılarına qarşı güc tətbiq edib.

İRİB-nin verdiyi məlumata görə, Almaniya polisi ilə etirazçılar arasında çıxan toqquşma bəzi aksiya iştirakçılarının polisə tərəf daş və şüşə atmasının ardınca baş verib. 

Almaniya polisi bundan öncə hətta, 100 minlik etiraz aksiyasını belə yatırtmağa hazır olduğunu elan etmişdi. 

Polis ilə etirazçılar arasında çıxan qarşıdurmada bir qrup insan saxlanılıb. 

Aksiya iştirakçılarının dediklərinə görə, G20 qrupu dünya problemləri üçün həll yolu tapa bilməyib və dünyada sülhü təhlükə ilə üzləşdirib. 

Hamburq Almaniyanın ikinci ən iri şəhəridir və dünyanın 20 ən iri sənaye ölkəsinin sammitinə ev sahibliyi edir. 

Hamburq polisi G20 iclasının təhlükəsizliyini təmin etmək üçün ətraf şəhərlərdən əlavə dəstək cəlb edib. 

G20 sammitinin təhlükəsizliyini təmin etmək üçün 20 000 polis işçisi səfərbər edilib. 

Teqlər