Tramp hökumətində daha bir istefa
ABŞ Dövlət Etika Ofisinin rəhbəri Ağ Ev rəsmiləri ilə çəkişmə ardınca, Valter Şaub tutduğu vəzifədən istefa verib.
CNBC televiziyasının məlumatına görə, ABŞ Dövlət Etika Ofisinin rəhbəri Valter Şaub prezident Donald Trampa ünvanladığı məktubda yazıb: 19 iyulda bu ofisin icra heyətindən kənarlaşacaq.
Şaub əlavə edib: Tramp hökuməti ilə işlədiyi zaman ərzində anlayıb ki, Ağ Evdə hazırkı iş etikasının meyarlarna yenidən baxılmalıdır.
ABŞ Dövlət Etika Ofisinin rəhbəri bundan öncə Ağ Evdən istəmişdi ki, Trampın müşaviri Kilian Kano ABŞ prezidentinin qızı İvanka Trampın satış mərkəzlərindən alış-veriş edilməsinə dair təklifinə görə, dindirilməlidir.
Bundan əlavə, Valter Şaub ticarət işlərinin Trampın oğlanlarına tapşırılması məsələsinə də reaksiya vermiş və onu Ağ Evin parametrlərinə uyğun olmadığını bildirmişdi.
Ağ Ev ABŞ Dövlət Etika Ofisinin rəhbərinin istefasının qəbul ediləcəyini bildirib.