Terrorçuların ağır məğlubiyyəti; ABŞ-ın insan haqları jesti
-
ABŞ-ın insan haqları jesti
ABŞ İŞİD-lə mübarizə bəhanəsi ilə Riqqədə himayə etdiyi silahlılara yüzlərlə ton silah təhvil verib. Vaşinqton həmçinin terrorçuları uzun müddətə dəstəkləmək üçün Suriyanın şimal və cənubunda qeyri-qanuni bir neçə hərbi baza yaratmaqdadır.
Məğlubiyyət ardınca məğlubiyyət. Təkfirçilərin canına od düşəndə amerikalılar dərhal insan haqları jesti göstərirlər. amma amerikalı terrorçuların Həma avtobus terminalında özbaşına şəkildə 15 günahsızı qətlə yetirəndə və yaralayanda amerikalılar sükut edirlər.
Bir Suriya vətəndaşı deyib: Amerikalıların özləri terrorçuları silahlandırır və bu proqramları tənzimləyirlər.
Amerikalı hərbçilər iki il olar ki, Riqqə vilayətinin şimal-qərbində ağır hərbi təchizatları yerləşdirmək və aeroport yaratmaqla məşğuldurlar. Və bu günlər işlərini daha da sürətləndiriblər.
Siyasi ekspert Sair İbrahim deyib: ABŞ dövləti yaxşı bilir ki, bu iş Suriya dövlətinin hakimiyyət qanunun pozulması və beynəlxalq qaydalara ziddir. Onların bu hərəkəti BMT-nin simvolik olduğunu sübut edir.
Hərbi ekspert Əhməd Müslih deyib: Təkfirçilər zəif mövqedə olduqları hər vaxtda ABŞ onlara kömək edib. Amerikanın məqsədi Suriyanın şimal və şimal-şərq ərazilərini ölkədən ayırmaqdır.
Səlmiyyə magistralı və Xənasir şəhərinin azad olunmasından sonra Hələbin şərqində və Riqqənin qərbində terrorçuların mövqeyi ciddi təhlükə ilə üzləşib.