İyul 09, 2017 09:45 Asia/Baku
  • Amerikadakı zorakılıqların davamında 23 nəfər ölüb və yaralanıb
    Amerikadakı zorakılıqların davamında 23 nəfər ölüb və yaralanıb

Dünən axşamçağı Amerikada baş vermiş atışmalarda beş nəfər ölüb, on səkkiz nəfər də yaralanıbdır.

IRIB-nin Amerikada silah zorakılıqları statistikalarının qeydə alınması mərkəzinə istinadlı məlumatına görə, dünən axşamçağı bu ölkənin Virciniya, Kentaki, Viskansin, Kaliforniya, Missuri, Miçiqan, Vaşinqton, Şimali Karolina və Texas ştatlarında baş vermiş atışmalarda  beş nəfər ölüb, on səkkiz nəfər də yaralanıbdır.

Amerikanın müxtəlif nöqtələrində atışmalar nəticəsində hər il minlərlə nəfər ölür və ya yaralanır.

Vətəndaş qruplarının fəaliyyətlərinə rəğmən, silah istehsalçılarını himayə edən lobbi Amerikada silah gəzdirilməsinin məhdudlaşdırılması üçün konqresdə qanunların irəli sürülməsinin qarşısını alır.

 

Teqlər