Hamburqda etirazçılarla polis arasında toqquşmalar davam edir
Almaniyanın Hamburq şəhərində polis məmurları etirazların üçüncü gecəsində 20-lər qrupuna qarşı çıxan etirazçılardan yüzlərlə nəfəri həbs ediblər.
Sputnik xəbər agentliyinin məlumatına görə, Hamburq polisi bu gün bildirib ki, 20-lər qrupuna qarşı çıxan etirazçılardan təqribən 300 nəfəri həbs edib.
Şənbə günü gecə keçirilən aksiyada təqribən əlli min nəfər iştirak edib və toqquşmalarda 200-dən çox polis zabiti və bir qrup etirazçı yaralanıbdır.
20-lər qrupunun ikigünlük iclasının keçirildiyi müddətdə gərginliklər yüksək səviyyədə olubdur.
Almaniya kansleri Angela Merkel də bu kobud etirazları kəskin tərzdə pisləyibdir.
20-lər qrupu ölkələrinin 20-ci sammiti cümə günü başlayıb, bu iclasla müxalifətdə keçirilən zorakı etirazlar isə cümə axşamı günü gecədən başlanıbdır.
Dövlət mənbələrinin bildirdiklərinə görə, bu çaxnaşmalarda indiyədək 200-dən çox polis məmuru bədən xəsarəti alıb və onlarla etirazçı həbs olunubdur.
20-lər qrupunun sammitinə qarşı çıxan etirazçılar kapitalizm sisteminə və qloballaşmaya, eləcə də bu qrupun müxtəlif sahələrdə, o sıradan sosial ədalət, iqlim dəyişiklikləri və mühacirlər məsələləri sahəsindəki siyasətlərinə etiraz edirlər.