İyul 10, 2017 09:22 Asia/Baku
  • Srebrenitsa faciəsinin qurbanları dəfn edildi
    Srebrenitsa faciəsinin qurbanları dəfn edildi

Bosniya və Herseqovina paytaxtı Sarayevoda Srebrenitsa faciəsinin yenicə aşkar edilmiş 71 qurbanının dəfn mərasimi keçirilib.

İRNA-nın verdiyi məlumata görə, Bu mərasim bazar günü Bosniya və Herseqovina prezident şurasının üzvü Baqir İzzətbəyoviç, baş naziri, parlament sədri , dini alimlər cəmiyyətinin sədri eləcə də İran İslam Respublikasının bu ölkədəki səfiri Mahmud Heydərinin iştirakı ilə keçirilib. 

İİR-in Sarayevodakı səfiri həlak olanların ailələri ilə söhbətində İran xalqı və dövlətinin Bosniya və Herseqovina xalqı və dövlətinin kədərini bölüşdüyünü bildirib. 

71 nəfərin cənazəsi Sreberenitsa istiqamətində müxtəlif şəhərlərin əhalisi tərəfindən hörmətlə anılaraq çərşənbə axşamı Putuçari qəbiristanlığında dəfn ediləcək. 

Müsəlman sakinli Sreberenitsa şəhəri 1995-ci il 11 iyulda Ratko Miladiçin başçılıq etdiyi Serbiya qüvvələri tərəfindən ələ keçirildi və şəhərdə geniş miqyaslı qətliam törədildi. Bu faciədə 8 minə yaxın mülki qırğına məruz qaldı. 

Hal-hazırda Miladiçə qarşı Haaqa Məhkəməsində cinayət işi gedir. 

Teqlər