İyul 10, 2017 13:55 Asia/Baku
  • Antonio Quterreş
    Antonio Quterreş

BMT baş katibi Ukraynanın şərqindəki böhranın həlli proseslərini dəstəklədiyini bildirib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, BMT baş katibi Antonio Quterreş Ukraynaya səfəri çərçivəsində deyib: Bu təşkilat Ukraynanın şərqində didərgin düşən şəxslərə kömək istiqamətində öhdəlik götürüb. 

Quterreş əlavə edib: BMT Ukrayna, Rusiya, Almaniya və Fransadan ibarət Normandiya qrupunun iclasını dəstəkləməyə hazırdır. Belə ki, Ukrayanın şərqindəki mövcud münaqişələr həll olunsun.

BMT baş katibinin sözlərinə görə, Ukraynanın şərqində atəşkəsin icra olunması vacibdir. 

Antonio Quterreş Ukraynaya səfərində bu ölkə rəsmiləri ilə görüşərək danışıqlar aparıb. 

Ukraynanın şərqində atəşkəsin bərpa olunması üçün hökumət və müxalifətin razılaşmasına rəğmən bu bölgələrdə qarşıdurmalar hələ də davam edir. 

BMT bildirib ki, Ukraynanın şərqində qarşıdurmalar nəticəsində 10 mindən çox insan həlak olub. 

Teqlər