Donald Tramp ABŞ üçün böyük təhdiddir
https://azeri.sahartv.ir/news/dünya-i275822-donald_tramp_abŞ_üçün_böyük_təhdiddir
Amerikalı yazar bu ölkə prezidenti Donald Trampı Amerika Birləşmiş Ştatları üəün ən böyük təhdid adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2017 12:04 Asia/Baku
  • Donald Tramp ABŞ üçün böyük təhdiddir
    Donald Tramp ABŞ üçün böyük təhdiddir

Amerikalı yazar bu ölkə prezidenti Donald Trampı Amerika Birləşmiş Ştatları üəün ən böyük təhdid adlandırıb.

Tanınmış amerikalı yazar David Ratkaf Karnegi araşdırmalar mərkəzinin portalında dərc olunan məqalədə yazıb: Donald Tramp öz dardüşüncəliliyi ilə ABŞ prezidentlik vəzifəsini zəiflədir, həm də konstitusiyanın prinsiplərinə də etinasızlıq edir. 

David Ratkaf əlavə edib: Tramp hər gün davranışları ilə şəxsiyyət, inzibat, zəka və təfəkkürə malik olmadığını əks etdirir. 

Amerikalı yazarın bildirdiyinə görə, Trampın dəlisov tvitləri prezidentin özünə şeytani şəkildə valeh olduğunu göstərir. 

Amerikalı yazar əlavə edib: ABŞ prezidenti öz davranışına heç bir nəzarət etmədiyini, ölçülməmiş sözləri ilə ABŞ-ın önəmli beynəlxalq münasibətlərinə zərbə vurduğunu göstərib.