ABŞ Litvada raket əleyhinə müdafiə sistemi quraşdırır
https://azeri.sahartv.ir/news/dünya-i275904-abŞ_litvada_raket_əleyhinə_müdafiə_sistemi_quraşdırır
Rusiyanın etirazlarına baxmayaraq, Amerika Litvada bir ədəd "Patriot" raket əleyhinə müdafiə sistemi yerləşdirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2017 04:34 Asia/Baku
  • ABŞ Litvada raket əleyhinə müdafiə sistemi quraşdırır
    ABŞ Litvada raket əleyhinə müdafiə sistemi quraşdırır

Rusiyanın etirazlarına baxmayaraq, Amerika Litvada bir ədəd "Patriot" raket əleyhinə müdafiə sistemi yerləşdirib.

Bu sistemdən Şimali Atlantika Alyansı NATO-nun bu gündən etibarən başlanan manevrində istifadə edilməlidir. 

Bu ilk dəfədir ki, Baltikyanı ölkələrdə raket əleyhinə müdafiə sistemi yerləşdirilir. Bu raket sisteminin Rusiya sərhədlərinə xeyli yaxın olması Moskvanı ciddi narahat edir və elə buna görədir ki, dəfələrlə öz sərhədləri yaxınlığında belə bir sistemin yerləşdirilməsi ilə müxalifət edib. 

Röyters-in məlumatına görə, Litva Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Patriot sistemi bazar ertəsi günü Siauliai hava bazasında yerləşdirilib və ondan NATO-nun hərbi təlimlərində istifadə ediləcək. 

Litva, Latviya və Estoniya sadəcə qısa mənzilli raketlərə malikdirlər. İndi isə ilk dəfə olaraq bu ölkələr uzaq mənzilli raket sistemləri ilə təchiz edilirlər. 

NATİ isə bildirib ki, Litvada Patriot sisteminin yerləşdirilməsi mühüm hadisədir. Çünki, bu məntəqədə artıq bu kimi hərəkətlərin bir "tabu" olmadığını göstərmiş olub.