Amerikadan Britaniyaya gətirilən çirkli donor qan qalmaqalı böyüyür
Britaniyanın baş naziri Amerikadan ölkəyə çirkli donor qan gətirilməsi işinin araşdırılması haqda göstəriş verib.
İndependent qəzetinin yazdığına görə, Britaniyanın baş naziri Tereza Mey çərşənbə günü deyib: Britaniya hökuməti Ümumi Sağlamlıq Xidmətində çirkli donor qan rüsvayçılığı barədə araşdırma aparır.
Tereza Mey həmçinin, çirkli donor qan rüsvayçılığını dəhşətli faciə adlandırıb və bu məsələyə göz yumulmasını yolverilməz hesab edib.
Britaniyanın səhiyyə naziri Ceremi Hant da bu barədə deyib: Ötən əsrin 70 və 80-ci illərində 2400 nəfər çirkli donor qan aldığı üçün həyatını itirib.
Bu məlumata görə, 4670 xəstəyə çirkli donor qan köçürülüb.
Britaniyanın səhiyyə naziri bu barədə araşdırmaların hansı formada aparılması barədə qərarın qəbul edilməsindən öncə çirkli donor qan qurbanları və onlarının ailələri ilə görüşəcək.
Britaniyaya gətirilən donor qanın böyük bir hissəsi Amerika zindanlarında pul müqabilində qan verən məhbuslar hesabına təmin edilibmiş.
Britaniya Parlamentinin aşağı palatasındakı 6 siyasi partiyanın başçısı o cümlədən Leyboristlər partiyasının başçısı Ceremi Korbin və Demokratik Birlik Partiyasının başçısı Naycel Dadz birgə məktub imzalayaraq, bu rüsvayçılıq barədə araşdırmaların aparılmasını istəyiblər.