C.Koreyada “Tad” raket sisteminin yerləşdirilməsinə qarşı aksiya keçirilib
Cənubi Koreya ilə ABŞ arasında Cənubi Koreya ərazisində amerikan “Tad” raket sisteminin yerləşdirilməsinə dair razılaşmanın birinci ildönümündə Cənubi Koreya xalqı bu raket sisteminin yerləşdirilməsinə və Amerikaya qarşı geniş aksiya keçirib.
APTN xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya dövlətinin bu ölkənin Seunq məntəqəsində amerikan “Tad” raket sisteminin yerləşdirilməsinə dair qərarından bir ilin ötməsilə həmin ölkədə etirazlar davam etməkdədir.
Etirazçılar bu gün paytaxt Seulda təhdid edərək bildiriblər ki, bu raket sisteminin Cənubi Koreya ərazisindən yığışdırılmayacağı zamanadək öz aksiyalarını davam etdirəcəklər.
Amerikan “Tad” raket sisteminin yerləşdirilməsinə qarşı aksiyalar Cənubi Koreya xalqının gündəlik həyatının bir hissəsinə çevrilibdir.
Amerika və Cənubi Koreya 2016-cı ilin iyulunda Cənubi Koreya ərazisində amerikan “Tad” raket sisteminin yerləşdirilməsinə dair razılıq əldə ediblər.