BMT baş katibi İranın sədaqətini alqışlayıb
-
Antonio Quttereş
BMT-nin baş katibi Əhatəli Müştərək Təşəbbüs Proqramının ikinici ili münasibəti ilə İran İslam Respublikasını bu razılaşmaya sadiq qaldığına görə alqışlayb.
BMT-nin rəsmi portalının verdiyi məlumata görə, bu təşkilatın baş katibi Antonio Quttereş bir bəyanat yayaraq, İranı nüvə sazişinə sədaqətinə görə alqışlayaraq bu razılaşmanın böyük nailiyyət olduğunu vurğulayıb və onun ən mürəkkəb problemləri belə müzakirə, anlaşma və əməkdaşlıq yolu ilə həll etməyin mümkünlüyünə nümunə olduğunu deyib.
Antonio Quttereş Aton Enerjisi üzrə Beynəlxalq Agentliyin və nüvə razılaşmasının tərəflərinin 25 aprel iclasında bu sazişin tamamiylə icrasına təkid etmələrini müsbət qiymətləndirərk deyib: Onların nüvə razılaşmasının uzun müddət üçün davam etməsi və uğurlu icrası üçün öhdəlikli olmaları zəruridir.
Quttereş BMT-yə üzv bütün ölkələri Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi əsasında nüvə razılaşmasının və TŞ-nin digər müvafiq qərarlarının icrasına dəstək verməkdə davam etməyə çağırıb.
2015-ci il 14 iyulda İran ilə 5+1 qrupu arasında gedən müzakirələr nəticəsində nüvə razılaşması imzalandı.
Bu razılaşma sonra BMT TŞ-də 2231 saylı qətnamə kimi qəbul edildi və beynəlxalq bir razılaşma statusuna malik oldu.
Nüvə razılaşması 2016-cı il 16 yanvardan icra edilir.