Çin Yaponiyanın etirazına reaksiya verdi
https://azeri.sahartv.ir/news/dünya-i276428-Çin_yaponiyanın_etirazına_reaksiya_verdi
Pekin Çin bombardmançılarının Sakit okean üzərində uçmasına görə Tokionun etirazını əsassız adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2017 15:48 Asia/Baku
  • Çin Yaponiyanın etirazına reaksiya verdi
    Çin Yaponiyanın etirazına reaksiya verdi

Pekin Çin bombardmançılarının Sakit okean üzərində uçmasına görə Tokionun etirazını əsassız adlandırıb.

İRNA-nın məlumatına görə, Çin Müdafiə Nazirliyi şənbə günü bir bəyanatda Çin qırıcı-bombardmançı təyyarələrinin Sakit okeanın qərbində Miako boğazı səmasında uçmasını müdafiə edib və Yaponiyanın bu haqdakı etirazlarını əsassız adlandırıb.

Çin Müdafiə Nazirliyinin bəyanatında bildirilir: Bu uçuşlar ölkənin hava qüvvələrinin qərara alınmış proqramlarından hesab olunur və Tokionun etirazı məntiqə əsaslanmır.

Çin Müdafiə Nazirliyi əlavə edib: Bu qurumun fəaliyyətləri beynəlxalq qaydalar və dənizlərin hüququna əsaslanır.

Yaponiya Müdafiə Nazirliyi bildirib ki, ötən həftə Çinin 6 ədəd H-6 qırıcı-bombardmançı təyyarəsi iki dəfə Miako boğazı səmasında uçuş keçirib. Yaponiyanın Hərbi Hava Qüvvələri bu haqda Çin tərəfinə etiraz edib.