Rus vəkil ABŞ Senatında şahidlik etməyə hazır olduğunu elan etdi
-
Rus vəkil ABŞ Senatında şahidlik etməyə hazır olduğunu elan etdi
2016-cı ildə Amerikada keçirilən prezident seçkiləri ərəfəsində hazırkı prezident Donald Trampın oğlu ilə görüşən Rusiyalı vəkil Nataliya Veselnitskaya ABŞ Senatında şahidlik etməyə hazır olduğunu bildirib.
Nataliya Veselnitskaya deyib: Bu ümumi həyəcana şəffaflıq gətirməyə hazıram. Əlbəttə, müdafiə vəkillərinin iştirak etdiyi bir ortamda və ya ABŞ Senatında ifadə vermək şəklində.
ABŞ prezidentinin böyük oğlu Donald Tramp Junior Rusiyalı hüquqşünas 2016-cı ildə bu rusiyalı vəkil ilə görüşdüyünü etiraf edib. O zaman Trampın oğluna bu vəkilin Demokratların namizədi Hillari Klinton ilə bağlı bəzi məlumatlara malik olduğu və bu məlumatlardan seçkilərdə Hİllarinin əleyhinə istifadə etmək imkanının olduğu deyilmişdi.
Oğul Trampın elektron məktublarından aydın olur ki, O. ötən il Rusiyalı dövlət vəkili ilə görüşü müsbət qarşılayıb.