İyul 20, 2017 20:23 Asia/Baku
  • Almaniyanın Ərəbistana silah satışı etirazlara səbəb olub
    Almaniyanın Ərəbistana silah satışı etirazlara səbəb olub

Almaniya hökumətinin Ərəbistana silah satması bu ölkənin siyasi partiyalarının etirazına səbəb olub.

Almaniyanin siyasi partiyaları bu ölkənin Ərəbistana silah satmasına etiraz edərək, insan haqlarına heç bir dəyər verməyən Ali Səud rejiminə silah satışının davam etməsini regionda gərginliyin artmasına yönəlmiş addım hesab ediblər.

Almaniyanın siyasi partiyaları bir daha bu ölkə hökumətini Ərəbistana silah satışını davam etdirməsinə görə tənqid edərək, bunu təhrikedici bir addım adlandırıblar. Almaniya Ərəbistana əlavə olaraq 9 milyard dollar dəyərində silah satıb.

 

Rayner Braun – anti-müharibə fəalı:

Formasından asılı olmayaraq, silah satışı müharibə və ölüm siyasətinin bir parçasıdır. Ərəbistana silah satışını heç bir vəchlə əsaslandırmaq olmaz. Əslində bu hərəkət bir diktatura rejiminə kömək etmək və regionda gərginlik və böhranı körükləmək mənasındadır.

Bu xüsusda yayılan sənədlərdən aydın olur ki, Almaniya Ərəbistana 110 ədəd hərbi maşın, 4 ədəd dəniz patrul qayığı və çoxlu sayda hərbi təchizat satıb.

 

Filip Yurnitz – Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü:

Ərəbistana silah satışı iqtisadi siyasətlər çərçivəsində yox, xarici-təhlükəsizlik siyasəti çərçivəsində həyata keçirilib.

Almanlar Misirə də bir ədəd saltı qayıq satıblar. Sosial-demokratlar Almaniyanın Ərəbistana silah satmasını Fars Körfəzində yaşanan son böhranla əlaqədar Berlinin vasitəçilik roluna zidd olduğunu bildirirlər.

 

Derek Müler – iqtisadçı analitik:

Biz Ərəbistana silah satırıq. Bu tamamilə aydın bir məsələdir. Qətərə qarşı mövcud olan təhdid və təhlükələri nəzərə almasaq  belə, insan haqlarını kobud formada pozan bir rejimə necə silah satmaq olar. Əlbəttə, əgər amerikalılar bu işi görürlərsə, deməli biz də edə bilərik, Bu arada bir qədər gəlir də əldə etmiş olarıq.

Avropada silah satışı üzrə Almaniya, Fransa və İngiltərə arasında ciddi rəqabət mövcuddur. Almaniya dünyada 3-cü ən iri silah istehsalçısıdır.

 

Teqlər