İyul 22, 2017 09:58 Asia/Baku
  • Britaniyada terror təhlükəsi yüksəkdir
    Britaniyada terror təhlükəsi yüksəkdir

London metropoliteninin polis rəisi İŞİD-in İraq və Suriyadakı son məğlubiyyətlərinə rəğmən bu qrupun Britaniyaya qarşı təhdid səviyyəsinin yüksək olaraq qaldığını deyib.

PressTv-nin verdiyi məlumata görə, London metropoliteninin polis rəisi dünən Lord Mayor təhlükəsizlik və müdafiə iclasında etdiyi çıxışında son aylar ərzində Vest Ministr, London və  Mançestrdə həyta keçirilmiş terror aktlarında ən azı 36 nəfərin həlak olmasına, eləcə də Britaniyada başqa 6 terror hücumunun zərərsizləşdirilməsinə toxunaraq deyib: Britaniyada İŞİD-in terror təhdidi yüksəs səviyyədədir. 

Krisda Dik deyib: Suriya və İraqda İŞİD-ə qarşı əməliyyatların uğurlu olması bu terrorçu qrupun təhlükəsizliyə qarşı təhdidlərini heç də azaltmayıb. 

London metropoliteninin polis rəisi deyib: Hal-hazırda Britaniyada 3 mindən çox adam ifratçı düşüncədən mənşə alan təhlükə eləcə də radikal qruplarla əlaqədə olmaq səbəbiylə güclü nəzarətdə saxlanılmaqdadır.

London metropoliteninin polis rəisinin əksinə olaraq Britaniyanın baş naziri Tereza Mey terror təhdidlərinə laqeyd yanaşır və məhz buna görə də kəskin tənqidlərin hədəfinə çevrilir. 

Teqlər