İyul 24, 2017 10:10 Asia/Baku
  • General Reymond Tomas
    General Reymond Tomas

ABŞ ordusunun xüsusi əməliyyat komandanı deyib: Amerika hərbçilərinin Suriyadakı fəaliyyəti beynəlxalq qanunlar çərçivəsində deyil, halbuki Suriya dövlətinin tələbi ilə bu ölkədə fəaliyyət göstərən Rusiya qüvvələrinin fəaliyyəti beynəlxalq baxımdan qanunidir.

Nyusvik jurnalının yazdığına görə, General Reymond Tomas Kolorado ştatında təhlükəsizlik mövzusunda keçirilən konfransda etdiyi çıxışında deyib: Terrorizm ilə mübarizə Vaşinqton üçün prioritetə çevrilib, amma beynəlxalq qanunlar və nizamnamələr Amerikanın Suriyadakı fəaliyyətinin davam etməsinə mane ola bilər. Ona görə ki, Amerikanın bu ölkədəki fəaliyyəti Suriya dövlətinin icazəsi ilə olmayıb. Rusiya isə Suriyanın tələbi ilə bu ölkədə hərbi fəaliyyət göstərir. Bu da beynəlxalq baxımdan Rusiyanın fəaliyyətini qanuniləşdirir və Amerikanın fəaliyyəti üçün problemlər yarada bilər. 

General Reymond Tomas deyib: Əgər beynəlxalq qanun vasitəsindən istifadə olunarsa, biz Suriyada müqavimət göstərə bilməyəcəyik. Halbuki Rusiyanın fəaliyyəti beynəlxalq əsaslar üzərində qurulur və Rusiya bu üstünlükdən ABŞ qüvvələrini regiondan qovmaq üçün faydalana bilər. 

Tomas Suriya ordusunun mövqelərinin ABŞ tərəfindən hədəfə alınması barədə deyib: Bu kimi hadisələr Rusiya ilə ABŞ arasındakı əlaqə yollarını kəsə bilər və Rusiyanı İŞİD-i məğlubiyyətə uğratdıqdan sonra Amerikanın Rusiyadakı fəaliyyətlərinə son qoymaq üçün qanuni baza yaratmağa vadar edə bilər. 

Teqlər