İyul 24, 2017 13:19 Asia/Baku
  • Taliblər son partlayışın məsuliyyətini öz üzərinə götürüb
    Taliblər son partlayışın məsuliyyətini öz üzərinə götürüb

Taliblər qrupu Əfqanıstan paytaxtı Kabilin qərbində baş verən partlayışın məsuliyyətini öz üzərinə götürüb.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Taliblərin sözçüsü Zəbihulah Mücahid Kabil partlayışının məsuliyyətini qəbul edərək onda məqsədin Əfqanıstan Milli Təhlükəsizlik Nazirliyinin rəhbərlərini daşıyan iki avtomobili hədəfə almaq olduğunu deyib. 

Bu partlayış bu gün səhərçağı Kabilin qərbində Əfqanıstan Milli Birlik Hökumətinin icra şurasının sədri Abdullah Abdullanın müavini Məhəmməd Mühəqqiqin evinin yaxınlığında baş verib . 

Xəbər mənbələri bu hücumda 26 nəfərin öldüyü, ən azı 45 nəfərin də yaralandığını bildirsələr də, Taliblərin sözçüsü 37 dövlət işçisinin qətlə yetirildiyini deyib. 

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni də bir bəyanat yayaraq taliblərin bu hərəkətinin terror aktı olduğunu bildirib, onu pisləyib və hadisə nəticəsində ölənlərin sayının artacağı ehtimalından xəbər verib. 

Kabil vaxtaşırı olaraq təhlükəsizlik qüvvələri ilə taliblər arasında toqquşmalar və terror partlayışlarının şahidi olur. Bu hadisələrdə indiyədək yüzlərlə adam ölüb. 

Teqlər