İyul 24, 2017 19:46 Asia/Baku
  • Kreml ABŞ-ın Rusiya əleyhinə sanksiyalarına reaksiya verdi
    Kreml ABŞ-ın Rusiya əleyhinə sanksiyalarına reaksiya verdi

Kreml sözçüsü ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyalarını hər iki ölkənin mənafeyi üçün qeyri-konstruktiv və zərərli adlandırıb.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Kreml sözçüsü Dmitri Peskov bazar ertəsi günü jurnalistlərə verdiyi müsahibədə deyib: ABŞ Konqresinin çərşənbə axşamı günü səsverməyə çıxaracağı Rusiya əleyhinə yeni sanksiyaları iki ölkənin mənafeyinə zərbə vurur və əlaqələrin qorunması və inkişaf etdirilməsi üçün zərərlidir. 

Peskov əlavə edib: Moskva Vaşinqtonun bu hərəkətini qəbuledilməz və çox mənfi qiymətləndirir. 

ABŞ Nümayəndələr Palatası və Senatının üzvləri şənbə günü İran İslam Respublikası, Rusiya Federasiyası və Şimali Koreya əleyhinə yeni sanksiyaların tətbiq olunması layihəsi üzərində razılaşıblar. 

ABŞ Senatı yeni sanksiyalar layihəsini 15 iyunda təsdiqləyib. Lakin Şimali Koreyanın bu sanksiyalar paketinə əlavə olunmasına dair respublikaçıların təklifi ilə ABŞ Nümayəndələr Palatasında səsvermə təxirə salınıb. 

Rusiyanın QazProm Şirkəti tərəfindən Balik dənizi ətrafına qazın nəql edilməsi üçün çəkilən Nord Strim-2 boru kəməri ABŞ-ın Rusiya əleyhinə sanksiyalarının məqsədlərindən biridir. 

Bu layihədə həmçinin ABŞ prezidenti Donald Trampın Rusiya əleyhinə sanksiyaları ləğv etməsi qadağan edilib. 

Teqlər