Avropa Birliyi ABŞ-ın anti-rus sanksiyalarının nəticələrilə mübarizə ardıncadır
İyul 25, 2017 20:58 Asia/Baku
Avropa Komissiyasının sədri deyib: Əgər ABŞ-ın anti-rus sanksiyaları Moskva ilə bu birliyin əlaqələrinə təsir göstərərsə, Avropa Birliyi Vaşinqton ilə mübarizə üçün tədbirlər görəcəkdir.
Faynenşel Tayms qəzetinin məlumatına görə, Avropa Komissiyasının sədri Jan Klod Yunker ABŞ-ın anti-rus sanksiyalarının avropalı şirkətlərin maraqlarını görməməzliyə vurmasından nigarançılıq edib.
Yunker deyib: Əgər ABŞ-ın anti-rus sanksiyaları Avropa Birliyinin nigarançılıqları nəzərə almadan tətbiq olunarsa, Brüssel tədbir görmək üçün hazır olmalıdır.
Bu məlumata görə, bu addımlar ola bilsin, Avropa Birliyi şirkətlərində Amerikanın qüdrətinin məhdudlaşdırılmasına şamil edilmiş olsun.