Pol Rayan: ABŞ tarixində ən əhatəli sanksiya paketləri
ABŞ konqresinin nümayəndələr palatasının sədri dünən gecə bu palatada İran İslam Respublikası, Rusiya və Şimali Koreyaya qarşı əhatəli sanksiyalar layihəsinin qəbul olunmasından sonra bir bəyanatda deyib ki, bu qərar ABŞ tarixində ən əhatəli sanksiya paketlərindən biridir.
ABŞ konqresinin nümayəndələr palatasının sədri belə iddia edib: Amerikalıların təhlükəsizliyini qorumaq məqsədi güdən bu sanksiya paketi Vaşinqtonun ən təhlükəli düşmənləri üçün meydanı daha da daraldacaqdır.
ABŞ konqresinin nümayəndələr palatası dünən gecə Vaşinqtonun Tehran və Moskva qarşısındakı düşmənçilik münasibətlərinin davamında İran İslam Respublikası və Rusiyaya qarşı əhatəli sanksiyalar layihəsini üç əleyhinə səs qarşılığında 419 lehinə səslə qəbul etdi.
Bu islah olunmuş layihə bundan öncə İran və Rusiyanın boykot edilməsi məqsədilə ABŞ senatında qəbul olunmuşdu.
ABŞ senatı iyunun 15-də Vaşinqtonun Tehrana və Moskvaya qarşı düşmənçilik hərəkətlərinin davamında İran və Rusiya əleyhinə yeni sanksiyalar layihəsini qəbul etdi, amma respublikaçılar tərəfindən Şimali Koreyanın İran və Rusiyaya qarşı sanksiyalar paketinə daxil edilməsi üzrə layihənin təklif olunmasının ardınca bu layihənin ABŞ konqresinin nümayəndələr palatasında səsə qoyulması təxirə salındı.
ABŞ konqresinin nümayəndələr palatasının Şimali Koreyanın sanksiya edilməsilə bağlı bəndləri əlavə etmək hədəfilə yeni bir layihə qəbul etməsinə və bu layihənin senatın qərarından ayrıca bir layihə hesab olunmasına görə, ABŞ konqresinin nümayəndələr palatasının dünənki qərarı senatda da qəbul edilməlidir.
Həmin layihə senatda qəbul olunduqdan sonra qanuna çevrilmək və icra mərhələsinə daxil olmaq üçün ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır.