Rusiya ABŞ əleyhinə qarşılıqlı sanksiyaların tətbiqi barədə xəbərdarlıq edib
İyul 26, 2017 12:26 Asia/Baku
Bir rus senator xəbərdarlıq edib ki, ABŞ prezidentinin Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq edəcəyi və imzalayacağı halda, bu ölkə cavab tədbiri görəcəkdir.
Sputnik xəbər agentliyinin məlumatına görə, Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komissiyasının birinci sədr müavini Vladimir Cabbarov bu gün belə deyib: Amerika senatının və bu ölkənin prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar paketini himayə edəcəkləri halda, siyasi və iqtisadi tədbirlərə şamil olan qarşılıqlı sanksiyalar paketi də qəbul olunacaqdır.