Parisin ABŞ-ın yeni sanksiyalarına reaksiyası
Fransa dövləti Amerikanın İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalarını beynəlxalq hüquq normaları ilə təzadlı adlandırıb.
Röyters-in məlumatına görə, Fransanın xarici işlər nazirliyi bu gün bir bəyanatda bildirib ki, Amerikanın İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyaları bu sanksiyaların ölkədən kənar miqyasına görə, beynəlxalq hüquq normaları ilə təzaddadır.
Fransanın xarici işlər nazirliyi həmçinin öz bəyanatında bu sanksiyalara reaksiyada Fransa və Avropa qanunlarının tətbiq olunması vacibliyinə toxunaraq, vurğulayıb: Rusiya qazının Avropaya köçürülməsi üzrə “Nord Stream-2” boru kəməri layihəsi Amerikanın Rusiyaya qarşı yeni sanksiyalarının hədəflərindəndir ki, bir neçə Avropa şirkəti, o sıradan Fransanın Engi şirkəti ona sərmayə yatırıbdır.