İyul 27, 2017 17:01 Asia/Baku

Rusiya Xarici İşlər Nazirliyinin bir rəsmisi deyib: Əgər Tramp Rusiyaya qarşı yeni sanksiyalar qanununu imzalayarsa, Moskva ilk cavab addımında 35 amerikalı diplomatı ixrac edəcək.

Moskvada çıxan Kommersant qəzeti bu gün Rusiya Xarici İşlər Nazirliyinin, adına işarə olunmayan bir rəsmisinə istinadla yazıb: Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlı olaraq Amerikanın sanksiyalarına cavab verəcək.

Bu rus diplomatın dediyinə görə, Rusiya Amerika səfirliyinin Moskva şəhəri yaxınlığında yerləşən "Serebryannıy Bur" məntəqəsində yerləşən villalar kompleksini müsadirə edəcək, zira Rusiyaya qarşı yeni sanksiyalar qanunu bu ölkənin Vaşinqton və Nyu-Yorkdakı diplomatik mülklərinin geri alınmasını mümkünsüz edəcək.

Kommersant qəzeti həmçinin Amerikanın Rusiyaya qarşı yeni sanksiyalarına cavabda Moskvanın bəzi iqtisadi sanksiyalar tətbiq etməsi ehtimalından xəbər verib.

ABŞ konqresinin nümayəndələr palatası çərşənbə axşamı günü İran İslam Respublikası, Rusiya və Şimali Koreyaya qarşı əhatəli sanksiyalar layihəsini üç əleyhinə səs qarşılığında 419 lehinə səslə qəbul etdi. Moskva bu qərara təcili reaksiyada bildirdi ki, bu kimi hərəkətləri cavabsız qoymayacaqdır.

Teqlər